"Real"ı dəfn edən adam danışdı

"Real"ı dəfn edən adam danışdı

"Borussia Dortmund"un polyak ulduzu Robert Levandovski haqqında yayılan transfer xəbərləri haqda danışıb. 

Qaynar.info-nun məlumatına görə, komanda yoldaşı Mario Götzedən sonra klubdan ayrılması gözlənilən Levandovski başqa kluba transfer olmaq üçün hələ qərar vermədiyini deyib.  

"Real Madrid"in 4-1 məğlub etdikləri oyunda komandasının bütün qollarını vuran polyak ulduzu "Bayern Münih" və "Mançester Yunayted" izləyir. 

Polşanın "Fakt" qəzetinə açıqlama verən 24 yaşlı hücumçu "Bu dedi-qodular haqda danışmayacam. Mətbuat mənim haqqımda çox şey yazır. İndi mövsümün sonunda nə baş verəcəyini söyləməyim mümkün deyil. Mən hazırda ən yaxın oyun haqda düşünürəm".

Qaynar.info

XƏBƏRLƏR
BLOGLAR