İdman 14:40 18.02.2014

"Real"ın əfsanəsi gedir


"Real Madrid" klubunun qapıçısı İker Kasilyas komandadakı gələcək taleyi ilə bağlı qərarını açıqlayıb.

Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, ispaniyalı futbolçu mövsümün sonunda "Real"dan ayrılacağını bildirib.

Futbolçunun meneceri ona gələcək təklifləri dəyərləndirəcəklərini deyib. Artıq Kasilyasla "Milan" və "Napoli" klubları yaxından maraqlanır.

Qeyd edək ki, Kasilyas bu mövsüm cəmi 14 oyunda meydana çıxıb və qapısında 4 qol görüb.

Qaynar.info