Ölkə 11:45 13.06.2013

"SalamPress" bağlandı

"Salam Press Nəşriyyat Evi" MMC-yə daxil olan "SalamPress" həftəlik qəzetinin nəşri dayandırılıb.

Publika.Az-ın məlumatına görə, bu səbəblə qəzetin baş redaktoru Tariyel Süleymanov da sözügedən redaksiyadan gedib.

T.Süleymanov Publika.Az-a açıqlamasında məlumatı təsdiqləyib. O, hazırda istirahət etdiyini söyləyib. Qəzetin fəaliyyətini dayandırılmasının səbəbləri üzləşdiyi maliyyə çətinlikləri ilə əlaqələndirilir.

Xatırladaq ki, "SalamPress" həftəlik qəzeti 2007-ci ilin yanvarından Moskvada nəşr olunur. 2010-cu ilin yanvarından isə Bakıda da nəşr olunmağa başlayıb.Qeyd edək ki, "Salam Press Nəşriyyat Evi" MMC-yə İnterAz telekanalı və "SalamNews" informasiya agentliyi də daxildir.

Qaynar.info