Sənət 15:25 07.09.2014

"Sarıköynəklə Valehin nağılı" - PREMYERA

Gənc Tamaşaçılar Teatrı 87-ci teatr mövsümünün ilk günündə - sentyabrın 20-də görkəmli dramaturq, Xalq Yazıçısı İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı” romanı əsasında hazırlanmış eyniadlı yeni tamaşanın premyerası baş tutacaq. 

Teatrın mətbuat xidmətindən Edebiyyat.biz portalına bildiriblər ki, tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Əməkdar Rəssam İsmayıl Məmmədov, bəstəkarı Cəmalə Nəsirovadır.Bu səhnə əsərində əsas rolları xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, əməkdar artistlər Naibə Allahverdiyeva, Lətifə Əliyeva, aktyorlar Günel Məmmədova, Elnur Kərimov və başqaları ifa edəcəklər. 

 Qaynar.info