Sənət 13:24 08.04.2015

"Təhminə"nin Spartakı hələ də evlənməyib

Əməkdar artist Füzuli Hüseynov “Gün üzü” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, hələ də ailə qurmayan 53 yaşlı aktyor sevdiyi xanımın olduğunu etiraf edib:“Ömür-gün yoldaşım, sevdiyim var. Sadəcə, bu mövzuda çox danışmağı sevmirəm. Böyük sevgi insan həyatında bir və ya iki dəfə olur. Qalan hallar öyrəşməkdir”.

Pərəstişkarlarından danışan F.Hüseynov saysız məktublar aldığını deyib:“İnsanın ən böyük varlığı onun cavanlığıdır. Gəncliyimi yaxşı keçirmişəm. Nə etmişəmsə, əcəb etmişəm. Çalışdığım Akademik Milli Dram Teatrına o qədər məktublar gəlirdi ki... Hamısını oxuyurdum, maraqlı olanına cavab verirdim. Amma heç birinin arxasınca getmirdim. Buna nə vaxtım, nə də imkanım var idi”.

Qeyd edək ki, F.Hüseynov "Bəyin oğurlanması"nda Elxan, “Təhminə” filmində Spartak obrazı ilə tanınır.

Qaynar.info