Maqazin 14:01 02.11.2014

"Təranə Qumralı ərimlə tutmuşam"

ANS-də yayımlanan “Bazar səhəri” verilişində ötən gecə baş verən hadisəylə bağlı şok açıqlamalar verilib.

 Qaynar.info publika.az-a istinadən xəbər verir ki, verilişdə qonaq olan Təranə Qumral Nazənin barədə ittihamlar səsləndirib: “Məndə hamının tərcümeyi-halı var. Nazənin yeddi dəfə ərdə olub. O, qruplaşma yaradaraq, mənim qızımın toyuna gəlməməsi üçün həmkarlarımı öyrədib. Nazənin ailəli kişiylə evlənib. Ay yazıq, sənin indi kirayədən canın qurtarıb. Amma mənim 1983-cü ildən Bakıda evim olub. Bütün Azərbaycanı vermişəm sənə, mənə bir dənəsi yetər”.

Nazənin isə canlı yayıma telefon bağlantsıyla qoşularaq, şok açıqlamalar verib: “Təranə Qumralı ərimlə tutmuşam. O, səsləndirdiyi ittihamlara görə cavab verəcək. Mənim ərim şikayətçidir. Hər şey məhkəmədə həllini tapacaq. Təranə Musanı çətir edib, hara istəyirsə, fırladır. Musanın cilovu onun əlindədir. Onlar dör ildir ər-arvad deyillər”.

Qeyd edək ki, paytaxt restoranlarının birində Arzu Mələk özünə ad günü keçirib. Mərasimdə Musa Musayevlə müğənni Nazənin prodüseri Pərviz arasında əlbəyaxa dava olub.

Qaynar.info