Dünya 11:06 29.11.2013

"Titanik"i kölgədə qoyan gəmi - FOTOLAR

Bu gəminin içində metro stansiyası belə olacaq

ABŞ-da dünyanın ən nəhəng səyahət gəmisi hazırlanır.

Qaynar.info xəbər verir ki, "Freedomship" (Azadlıq gəmisi) adı verilən gəmi o qədər böyük olacaq ki, 50 min sərnişini daşıya biləcək. Gəmi davamlı olaraq hərəkət edəcək və iki ildə bir dəfə dünyanı dövr edəcək.

25 mərtəbəli gəminin içində kazino və sənət qalereyası belə olacaq. "Freedomship"in 10 milyard dollara başa gələcəyi bildirilir.

Üzən şəhər heç bir limanaya ala bilməyəcək qədər böyük olacaq. Eyni zamanda gəminin üztündə təyyarələrin enib-qalxması üçün uçuş zolağı da tikilməsi planlaşdırılır və 40-a qədər təyyarəni qəbul etmək imkanına malik olacaq. Bundan başqa gəminin içində metro stansiyası belə quraşdırılacaq.

Qeyd edək ki, "Freedomship" indiyə qədər dünyanın ən böyük kruiz gəmisi hesab olunan " Queen Mary II"dən 4 dəfə böyük olacaq.

Gəminin inşasına başlanması üçün ilkin olaraq 1 milyard dollar lazımdır.

Qaynar.info