İdman 16:17 07.12.2013

"Traktor Sazi" liderliyini qorudu

Təbrizin "Traktor Sazi" klubu ötən gün İran çempionatında növbəti matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Təbriz təmsilçisi XVII turda səfərdə "Qostareş Folad"la qarşılaşıb. Fasiləyə 0:0 hesabı ilə yollanan komandaların duelində hesab ikinci hissədə açılıb. Fasilədən sonra iki qol vuran "Traktor Sazi" görüşdən 3 xalla ayrılıb.

Qeyd edək ki, "Traktor Sazi" 17 turdan sonra 32 xalla turnir cədvəlinə başçılıq edir.

Qaynar.info