Siyasət 22:44 22.04.2016

"Turan Ordusu" Ermənistana hücuma keçdi

Türkdilli dövlətlərin vətəndaşlarından formalaşmış "Turan Ordusu" adlı haker qrupu Ermənistana kiber hücum edib.

Qaynarinfo.az xəbər verir ki, "Turan Ordusu"nun Azərbaycan qolu olan Anti-Armeniya Timi Ermənistanın səfirlik və bir çox saytlarını dağıdıb.

Belə ki, Ermənistanın Xarici İşlər Nazirliyi və bütün səfirliklərinin saytları sındırılıb. Bunların arasında Rusiya, Almaniya, İngiltərə, Çin kimi səfirliklər var. Həmin ölkələrdəki Ermənistan səfirliklərinin saytlarına isə Azərbaycan bayraqlarının və İlham Əliyevin şəkilləri yerləşdirilib.

Qeyd edək ki, bu kiber hücumlar Azərbaycana edilən hücumlara cavab idi.

Qaynarinfo.az