Texnologiya 15:30 15.07.2017

"WhatsApp"dan daha bir yenilik

Son dövrlər yenilik və dəyişikliklərlə gündəmdən düşməyən "WhatsApp" sosial şəbəkəsinə daha bir funksiya əlavə edilib.

"Qaynarinfo" "Independent"ə istinadən xəbər verir ki, artıq Android və iOS istifadəçiləri MP3 formatında audio faylı və 100 MB həcmində PDF faylını göndərə biləcəklər. 

Qeyd edək ki, son dövrlərdə edilən dəyişikliklərə əsasən GIF faylını göndərmək, şəkil və ya fotonu kamera ekranından birbaşa göndərmək mümkün olacaq. Həmçinin eyni istifadəçidən gələn fayllar bir qovluqda toplanacaq. 

Gülşən

Qaynarinfo.Az