Siyasət 17:00 26.08.2014

"Xədicə İsmayılovadan təkzib, üzrxahlıq gözləyirəm" - Vəkil Elçin Sadıqov

Vəkil Elçin Sadıqov


Bəli, doğrudan da belədir - ifadə azadlığı hüququ təkcəmüsbət qarşılanan, qeyri-aqressiv və ya neytral hesab olunan “məlumat”və ya “ideyaları” deyil, həm də dövlət üçün və ya əhalinin hər hansıqismi üçün aqressiv, şok yaradan və təşviş doğuran “məlumat” və ya“ideyaları” əhatə edir. Ancaq mənə qarşı son günlərdə aparılan qaralamakampaniyası bu çərçivə daxilində deyil, yalan olduğu aşkar olanbilgiləri yaymaqla bilavasitə məni qərəzli şəkildə gözdən salmağa xidmətedir.
***

Son 15 gündə ciddiqarayaxma kampaniyasına məruz qaldım. İki həftə ərzində ölkədəolmadığımdan, tərslikdən qolumu zədələdim, sarğıda olduğumdan cavabyazmaq imkanında olmadım. Nə yazıq ki, vəkillik karyeramın önəmlihissəsini jurnalistlərin, medianın hüquqlarının müdafiəsinə həsr etsəmdə cavab haqqımı soran olmadı. Qərar verdim ki, hamısına bu yazı iləcavab verim və işimə davam edim.
Öncə vurğulayıram ki,hüquqçuyam, vəkiləm, hər zaman öz peşəmi vicdanla həyata keçirmişəm.2007-ci ildən Media Hüququ İnstitutu İctimai Birliyi ilə əməkdaşlığabaşlamışam, son aylaradək bu qurumla əməkdaşlıq etmişəm. Azərbaycandamedianın, jurnalistlərin hüquqlarının sistemli və peşəkar müdafiəsininəsasını qoymuşam. İndiyədək heç bir jurnalist mənə xidmətiminkeyfiyyətindən və dönməzliyimdən narazılıq bildirməyib. Peşəkeyfiyyətlərimlə bağlı kimsə irad bildirib xidmətimdən imtina etməyib.Hazırda da jurnalist haqları ilə bağlı demək olar ki, bütün işlərdəmüdafiə işi tərəfimdən aparılır.
Hər şey ondan başladı ki,vətəndaş cəmiyyəti qurumlarının hazırladığı siyasi məhbus olduqlarıgüman edilən şəxslərin siyahısı açıqlandı, siyahıya dəstək verənşəxslərin siyahısında həm mənim adım, həm də 2005-ci ildə təsis etdiyimvə rəhbəri olduğum, bu günədək heç bir fəaliyyəti olmayan qeyri-hökuməttəşkilatının adı da vardı. Mən heç kimə bu siyahıya dəstək razılığıbildirməmişdim, siyahının hazırlanmasında iştirak etməmişəm, heç birmüzakirəyə dəvət edilib, qatılmamışam da.
Mən o zaman bununlabağlı internet üzərindən rəyimi soruşan jurnalistə yalnızca bunlarıbəyan etdim ki, həmin siyahıya nə mən, nə də rəhbəri olduğum təşkilatdəstək verib. Hər şey o zaman başladı. Həm mənim adımdan istifadəedildi, həm də mənə qarşı ən çirkin qara kampaniya başlandı. Mənəhücumların ardıcıllığı belə idi:
- Jurnalist Xədicə İsmayılvəkil olaraq mənim xidmətimdən imtina etdi. Halbuki, həmin vaxtıümumiyyətlə mən onun vəkili deyildim. Xədicə xanım başqalarını da bunaçağırdı. Onlarla tanınmış ictimai fiqurun bir arada olduğu şəbəkədə mənəböhtan atdı – Xədicə xanım təxminən belə yazdı ki, Elçin Sadıqov yenicəhəbs olunmuş hüquq müdafiəçisi Rəsul Cəfərovun əleyhinə ifadə verib...Gümanlarıma görə, Xədicə xanımın və bir neçə başqa hörmətli jurnalistdostlarımızın təşviqi ilə həbsdə olan ictimai fəalların bir-birininardınca mənim vəkilliyimdən imtina etməsi barədə hörmətli Azadlıqqəzetində və başqa hörmətli media vasitələrində manşetlər atıldı.Bununla yanaşı, “Elçin Sadıqov, ümumiyyətlə MHİ və MHİ ilə əməkdaşlıqetmiş hər kəs hökumət qurumlarına işləyir, onlar hüquq müdafiəsigörüntüsü yaratmaqla məşğuldur” məzmunlu “donos”lar alan beynəlxalqqurumlardan məktublar aldım, həmkarlarımdan aldığım bilgilərə görəbeynəlxalq səviyyədə qara məlumatlandırma işini də hörmətli Xədicəİsmayılova həyata keçirir... Bəzi sevimli vəkil dostlarım da bukampaniyaya qoşuldu, onların təşviqi və “layk”ları ilə sosial mediadahədəfə alınmağıma çalışıldı. Bir neçə gün öncə isə güman etməyəcəyim başverdi, “Azadlıq” qəzeti barəmdə mənə lap yaxşı məlum olan qurama“Azadə” imzası ilə təhqir məzmunlu yazı dərc etdi – guya mənjurnalistləri pulla müdafiə etmişəm, peşə prinsiplərinə xəyanət etmişəm,məqsədim müdafiə yox, məşhurlaşmaq olub, və müqayisəli aşağılamalar,təhqirlər...
***
Elə “Azadlıq” qəzetindəki yazıdanbaşlayıram. Təbii ki, barəmdə belə bir yazının yazılmasına görə min dəfətəəssüf edirəm. Mən bu qəzetə qarşı iddialara, şikayətlərə illərimivermişəm. 2006-cı ildən bu yana “Azadlıq” qəzetinin ən azı 50 məhkəməişini ən yüksək məhkəmə instansiyasınadək aparmışam. Qəzetin üzərinətəhqirə, böhtana görə qoyulmuş yüz minlərlə manat təzminatın ləğvolunmasına elə öz məhkəmələrimizdə nail olmuşam. Bu qəzetin cinayəttəqibinə məruz qalmış baş redaktorundan, baş direktorundan tutmuş sıravijurnalistinə qədər hamısının müdafiə yükünü MHİ-dəki həmkarlarımlabirgə mən çəkmişəm. Davamlı maliyyə böhranı içində olan bu qəzetinməhkəmə işləri üçün dövlət rüsumlarını belə ödəmişik, qəzetəpoçtalyonluq etmişik, hazırladığımız şikayət, iddiaları imzalatdırmaqüçün həftələrlə arxalarınca gəzmişik. Azərbaycanın müxalif düşüncəplatformalardan biri kimi ifadə olunan bu qəzetin üzləşdiyi bütün hüquqpozuntularını başqa jurnalistlərin, qəzetlərin işlərində olduğu kimifasilə vermədən ən yüksək səviyyədə, ən yüksək məhkəməyə aparmışıq. Biziheç bir əsas olmadan “vicdansız hüquqi müdafiədə” ittiham edənlərədeyim ki, Avropa Məhkəməsi hələ ki, həmin işlərdən birinə (QənimətZahidin məhkəməyə qədər həbs işi) baxıb – Q.Zahidin hüquqlarınınpozulduğu təsdiqlənib və hökumət buna görə jurnalistə 10 000 avroödəyəcək. Əminəm ki, bütün işlər uduşlu işlər olacaqdır.
Başını“Azadə”nin tumanının altına soxan “Azadlıq”dakı kişi yazıb ki, ElçinSadıqov jurnalistlərin müdafiəsinə məşhurluq naminə qoşulub. Mən məşhurolduğumu düşünmürəm, mən vəkiləm, peşə prinsiplərini tapdamayan vəkillərnə qədər tanınmışdırsa, mən də olsa-olsa onlar qədər tanınmışam. Vəməni tanıdan əsas faktor məhz peşə prinsiplərinə sayğımdır.Tanınmışlığımda, mənə üz tutanların sayının çoxluğunda hüquqlarınınpozuntusunun aradan qaldırılmasında faydalı olduğum vətəndaşların, sadəinsanların rolu nə qədərdirsə, elə medianın, qəzetlərin rolu da oqədərdir. Əslində jurnalistlərin, medianın vəkili olmaq mənə basqılargətirib, hədələr gətirib, tanımadığım şəxslərin barəmdə VəkillərKollegiyasına şikayətlərini gətirib, peşə fəaliyyətimə görə təhdidlərgətirib... Ancaq mən dözmüşəm.
Hazırda mənə ittihamlarınkökündə həm də o dayanır ki, hüquqlarını müdafiə etdiyim şəxslərinobrazını ifadə etməliyəm, onların həyatdakı rolunu oynamalıyam. Mənihüquqlarını müdafiə etdiyim şəxslərin şəxsiyyəti ilə eyniləşdirməyəçalışırlar, ifadə edirlər ki, müxalif düşüncəli insanları, hökumətitənqid edən jurnalistləri müdafiə etdiyimdən mütləq onların rolunagirməli, onların düşüncə və ideyalarını üstlənməliyəm. Buyolverilməzdir. Vəkilin şəxsiyyəti heç bir halda müdafiə etdiyi şəxsinşəxsiyyəti ilə eyniləşdirilə bilməz. Vəkil olaraq kimsənin mənihüquqlarını müdafiə etdiyim oğru, adam öldürənin şəxsiyyəti iləeyniləşdirməyə haqqı yoxdur, o cümlədən də yazısına görə həbs olunmuşjurnalistin, şərləndiyi iddia olunan siyasət adamının, hüquqmüdafiəçisinin şəxsiyyəti ilə... Heç bir qanun və məntiq heç kəsə beləhaqq verməyib. Mən bitərəfəm və siyasətlə heç vaxt məşğul olmamışam,indi də məşğul olmuram, məni peşəkar vəkil edən də müstəqilliyimdir. Buproseslər məndə belə bir qənaət yaratdı ki, məni qınayanlar vəkilləhüquq müdafiəçisinin, hüquq müdafiəçisi ilə müxalif olmağın fərqini beləbilmirlər. Ömür boyu söz azadlığından danışanlar bir ifadəmə görə azqaldılar məni güllələsinlər. Budurmu sizin fərqli fikrə münasibətiniz?Budurmu sizin tolerantlığınız?
Belə məzmunlu yazılara sadəcətəəssüf edirəm. Daha çox da ona təəssüf edirəm ki, “Azadlıq” kimiqəzetdə başını “azadələrin” tumanında gizlədib quyruğunun fərqindəolmayanların, aftafa ilə yuyulub-axıdılanların böhtan, təhqir məzmunlucızma qaralarını hərdən yaymaq kimi çox pis təcrübəsi də var... 
...
Mənəyönələn kampaniyada vəkil dostlarımın da rolu nəzərəçarpandır. Sosialmediadakı “layk”-“status”, “status” – “layk” canfəşanlığı çevrəmizdəkihər kəsin gözü önündədir. Eyni zamanda jurnalist dostlarımızdanqulağımıza həmin peşə həmkarlarımın onları mənim əleyhimə yazılaratəşviq etməsi haqda xəbərlər də çatır. Həmkarlarımdı, onların üzərindəçox dayanmaq istəmirəm, sadəcə bir məqamdan başqa. Bu həmjurnalistikamızın yaddaşı üçün, həm də vəkil peşə prinsiplərinintapdanmaz olduğunun vurğulanması üçün vacibdir. 2013-cü ilinsentyabrında jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin işindəpeşə prinsiplərinin toxunulmazlığı baxımından arzuolunmaz olay yaşandı.Mənim də vəkil olduğum həmin işdə təəssüf edirəm ki, siyasətbaz vəkilhəmkarım hüquqlarını təmsil etdiyi jurnalistin əleyhinə xüsusi xidmətorqanı ilə əməkdaşlığa getmişdi. Bunu öncə mən, ardınca isə P.Həşimlininözü ictimaiyyətə çatdırdı. Və məncə, ən pisi də odur ki, əməkdaşlığagetmiş, buna görə nüfuz zədəsi almış həmin həmkarım hər kəsin sayğısıolan son məhbusların işi vasitəsilə “bərpa” prosesinə başlayıb... Eynizamanda mənə dəstək ifadə edən vicdanlı həmkarlarım da oldu, onlaratəşəkkürlərimi çatdırıram. 
***
Son günlərdə həbsdəolan gənclərin mənim vəkilliyimdən imtina etməsi haqqında kampaniyaaparıldı. Bildiyim qədərilə, ətraf mühitdən təcrid edilmiş gənclər bunukənardan onlara aparılan təbliğat sonucu ediblər. 2-3 gün öncə,həbsxanada, çöldə baş verənlərdən senzuralı xəbər tutan NiDA üzvü olangənclərlə görüşdüm. Sualları vardı. Söhbətləşdik. İntellektual gənclərvəkilin statusu, vəkil peşəsi nədir, çox yaxşı anlayırlar, mənimxidmətimdən imtina etmədiklərini bildirdilər, onların hüquqlarınınmüdafiəsinə davam edəcəyəm. Gənclərdən Rəşadət Axundov xüsusilə AvropaMəhkəməsinə göndərdiyimiz şikayətlə ilgilənməmi istədi. Vəssalam...
***
Mənəqarşı kampaniyanın əvvəlində, ortasında, hər yerində hörmətli jurnalistXədicə İsmayılova var. Xədicə xanımın çevrəsində olan elə bir jurnalistolmadı ki, məni haqsız aşağılamağa hesablanan yazı yazmasın. Avqustun19-da Xədicə xanım və dostları ilə qəlyanaltı edən Elnur Astanbəylihəmən qələmə sarılıb, məni aşağılamağa çalışdı. Belə nümunələr təəssüfki, xeyli çoxdur. Xədicə xanım açıqlamamdan dərhal sonra məndən vəMHİ-dən imtina etdiyini açıqladı. MHİ imtinadan sonra Xədicə xanımınməhkəmə işləri ilə bağlı bütün sənədləri onun özünə təqdim etdi. Xədicəxanımın bütün işləri artıq Avropa Məhkəməsinə aparılıb. Bundan sonrakımərhələni başqa vəkillər “aparacaq”. Öncədən vurğulayıram ki, bundansonrakı mərhələni işin detalları ilə bilgili olmayan vəkillərin aparmasıistər-istəməz keyfiyyət düşüklüyünə təsir edəcək. Sonra “işimikeyfiyyətlə aparmadılar” deməyin... Xədicə xanım bütün beynəlxalqtəşkilatlara yazdı ki, MHİ və orda çalışanlar (bəzi məktublarda MHİ iləəməkdaşlıq edən və etmiş bütün şəxslərin (hətta 2011-ci ildə MHİ iləəməkdaşlıq etmişlər) adları sadalanır) hökumətə işləyir, onlarlaəməkdaşlıq etməyin. Belə məktublar təbii ki, çox zərərli oldu.Azərbaycanda media yeganə sahə idi ki, hüququ pozulanlar müraciətetməyə, kömək istəməyə instansiya tapırdılar. Bu məktublar bu vasitənisıradan çıxardı. Bravo! Bu gün İlqar Nəsibovun işi ilə bağlı kimgetdi Naxçıvana? Ancaq, 2007-ci ildə İlqar Nəsibov və Məlahət Nəsibovabasqılarla üzləşəndə vəkil kimi Naxçıvana mən getmişdim.
Mənictimai maraq, ictimai fayda anlayışlarından xəbərdaram. Əgər Xədicəxanımın yazdıqlarında, yazdırdıqlarında ictimai maraq yükü olsaydı buməsələlərin üzərinə heç getməzdim. Ancaq əminəm ki, mənə və əməkdaşlıqetdiyim MHİ-yə qarşı qaralamalarının məqsədi şəxsi maraqdır. Bir neçəay öncə USAİD 2.4 milyon dollar həcmində qrant müsabiqəsi elan edib.Bildiyimə görə, 3 iddiaçı var - İREX və İnternyus təşkilatları. Hər ikitəşkilat müsabiqəni udacaqları təqdirdə MHİ ilə əməkdaşlıq edəcəkdilər.3-cü iddiaçı isə öz çevrəsi ilə hörmətli Xədicə xanım İsmayılovadır,araşdırma jurnalistikasının inkişaf etdirilməsi ilə bağlı layihə təklifiverib. Mən belə bir nəticə çıxarmaqla tamamilə haqlıyam ki, Xədicəxanımın mənim və əməkdaşlıq etdiyim MHİ-nin əleyhinə qaralamakampaniyasının məqsədi qrant müsabiqəsinin əsas iddialıları olan ikitəşkilatın tərəfdaşsız qalması görüntüsünü yaratmaqla, öz layihəsinəəlavə şans qazandırmaqdır. İzah bu qədər sadədir. Ancaq vicdanlımübarizədə, rəqabətdə bu ən son yollardandır...
İşorasındadır ki, Xədicə İsmayılovanın təkcə jurnalistlərə qarşı böhtan vətəhqirə görə 4-5 iddiası var. Başqa çoxsaylı işləri ilə bərabər bütünbu işlərini də aparmışıq, artıq Avropa Məhkəməsindədir. Azadlıqqəzetində olduğu kimi, ona da poçtalyonluq etmişik, hüquqlarınınqorunması üçün hüquqçunun edə biləcəyi hər şeyi etmişik. Xədicə xanım böhtanın, təhqirin nə olduğunu Azərbaycanda ən yaxşı anlayanlardan olmalıdır. Ancaq o, mənə böhtan atdı. Yazıbki, mən Rəsul Cəfərovun əleyhinə ifadə vermişəm. Belə davranış bəlkə dəsizin üçün önəmsiz ola bilər, ancaq mənim üçün çox önəmlidir. Əminəmki, Xədicə xanım belə bir ifadənin olmadığından xəbərdardır, bilə-biləqara yaxdığını da dəqiq bilir. Odur ki, Xədicə xanım bu yazdıqlarınıtəkzib etmək, üzr istəmək zorundadır. Özünə hörmət edən, jurnalistazadlığının sərhədlərinin harda başlayıb-harda bitdiyini bilməli olanqələm adamı bunu sübut etməli və ya ən azı bunu təkzib edərək, məndənüzr istəməlidir...
...Yazımın əvvəlində ifadə azadlığınınönəmini, demokratiya quruculuğunda rolunu qeyd etdim. Sonda isəvurğulamaq istəyirəm ki, ifadə azadlığı mütləq deyil, bu azadlıqdanaşırı istifadə məhdudiyyətlərə, hətta bəzi hallarda cinayət təqibinəməruz qala bilər. İfadə azadlığı o zaman daha effektiv olur ki, hərkəsin ifadə azadlığına, şəxsi həyatına, nüfuzuna sayğı ilə yanaşılır.Odur ki, mən yalan olduğunu bilə-bilə məni aşağılayan, təhqir edənifadələri ictimaiyyətə yayan Xədicə İsmayılovadan, “Azadlıq” qəzetindən,adını çəkmədiyim digər dostlardan təkzib, üzrxahlıq gözləyirəm. (musavat.com)

Qaynar.info