İdman 16:58 23.10.2013

"Xəzər Lənkəran" 10 nəfərlə qələbə qazandı - SUPER KUBOK


Bu gün Azərbaycan futbolunun əzəli rəqibləri Azərbaycan Super Kuboku uğrunda matça çıxıblar. Qaynar.info xəbər verir ki, həlledici matçda "Xəzər Lənkəran" və "Neftçi" qarşılaşıb.

Ötən mövsüm "Neftçi" həm ölkə çempionluğunu, həm də kuboku qazanaraq "qızıl dubl" edib. Bu səbəbdən kubokun finalçısı "Xəzər Lənkəran" Super Kubokda oynamaq hüququ qazanıb.

Naxçıvandakı İbrahimxəlil Axundlu adına stadionda baş tutan Super Kubok matçı saat 15.00-da başlayıb.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmada ilk fərqlənən Lənkəran komandası olub. 27-ci dəqiqədə fərqlənən Mbilla Etame "Xəzər Lənkəran"ı hesabda irəli çıxarıb. Bakı təmsilçisi cavab topunu yalnız ikinci hissənin ortalarında vurub. Karlos Kardoso 68-ci dəqiqədə rəqib qapısına yol tapmaqla status-kvonu bərpa edib. Bundan 4 dəqiqə əvvəl isə "Xəzər Lənkəran"ın heyətində Sadio Tounkara qırmızı vərəqə alaraq komandasını azlıqda qoymuşdu. Amma cənublular təslim olmayıblar. Oyunun bitməsinə az qalmış,  89-cu dəqiqədə fərqlənən Rasim Ramaldanov "Xəzər Lənkəran"ı yenidən hesabda irəli çıxarıb- 2:1.

Qarşılaşma bu hesabla da başa çatıb.

 Qarşılaşmanı FİFA referisi Rəhim Həsənovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, "Neftçi" indiyədək iki dəfə - 1993 tvə 1995-ci illərdə Super Kubokun qalibi olub. "Xəzər Lənkəran" isə ilk dəfə belə bir uğur qazanıb.

Super Kubok
23 oktyabr

Xəzər Lənkəran - Neftçi 2:1

Qollar: Mbilla Etame, 27. Rasim Ramaldanov, 89 - Karlos Kardoso, 68.

Xəzər Lənkəran: 33. Duqlas Leite, 3. Vanderson Skardueli, 4. Alvaro Silva, 6. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 11. Zohair Benouahi, 14. Rahid Əmirquliyev (k), 20. Mbilla Etame, 27. Manuel Skarlatake, 55. Ağabala Ramazanov.

Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 8. Edu Oriol, 18. Tural Cəlilov, 21. Radomir Todorov, 22. Deyvid Sakkoni, 23. Nikola Qliqorov, 42. Kamran Abdullazadə.
Baş məşqçi: Con Toşak.

Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 3. Denis Silva, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev, 9. Flavinyo, 14. Bahodir Nasimov, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov, 22. Mahir Şükürov.
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 10. Cavid İmamverdiyev, 11. Melvin Platye, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor.
Məşqçi: Tərlan Əhmədov.
Qırmızı vərəqə: Sadio Tounkara, 64.

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Vaqif Musayev, Rauf Cabbarov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Naxçıvan. İbrahimxəlil Axundlu adına stadion. Saat 15.00.