İdman 20:05 20.11.2014

"Zirvə"çilər 2 medal qazandı

“Sərhədçi” İdman Kompleksi cüdo üzrə Azərbaycan çempionatına start verilib. Qaynar.info xəbər verir ki, 18-20 noyabr tarixləri arasında baş nenfy yarışda “Zirvə” Cüdo İdman Klubunun üzvləri də çıxış ediblər. 

Onlardan ikisi uğurla döyüşərək medal əldə ediblər. Qadınların mübarizəsində 70 kq çəki dərəcəsində Qurbanova Fəridə bürünc medal qazanıb. 78 kq çəki dərəcəsində isə daha yaxşı nəticə əldə olunub. Bu çəkidə finala qədərə irəliləyən Günel Həsənli həlledici qarşılaşmanı da qalib başa vurub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Hər iki idmançı nümayiş etdirdiyi güləş Cüdo yığmamızın məşqçilər heyətinin diqqətini cəlb edib və onlar millinin düşərgəsinə dəvət olunublar.

Bu iki idmançı “İsmayıllı-Zirvə” Klubunun üzvüdür və əməkdar məşqçi Əkbər Şəfəqətovun tələbələridir.

Qələbə münasibətilə həm məşqçilər heyəti, həm də cüdoçularımızı təbrik edir, onlara daha böyük turnirlərdə uğur qazanmağı arzulayır!

Qaynar.info