İdman 23:52 14.08.2018

Qurban Qurbanov: "Adətən qollar səhvlərdən sonra vurulur"

"BATE klubunu növbəti mərhələyə vəsiqə qazanması münasibətiylə təbrik edirəm. Hər iki oyunda çox intizamlı komanda olduğunu göstərdilər. Futbolçularımdan razı qaldım, son ana qədər mübarizə apardılar".

Qaynarinfo xəbər verir ki, bu sözləri  "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsində Belarusun BATE klubu ilə keçirilən cavab oyunundan (1:1) sonra təşkil edilən mətbuat konfransında deyib.

"Qarabağ"ın hər iki görüşdə buraxdığı qolun müdafiə xəttinin səhvi olduğuna dair sualı da cavablandıran Qurbanov bunun futbolun bir hissəi olduğunu bildirib: "Adətən qollar səhvlərdən sonra vurulur. Heyətimizin yeniləndiyini və futbolçular arasında anlaşmanın lazımi səviyyədə olmadığını nəzərə almalıyıq".

Q.Qurbanov hakimliklə bağlı danışmaq istəməyib: "Hakimlik haqda heç vaxt danışmıram. Artıq bu oyunu unudub, Avroliqanın pley-off-u haqda fikirləşməliyik".