İdman 23:11 07.09.2018

Qurban Qurbanov: "Mən qorxmuram, sadəcə..."

"Gördüyünüz kimi, ağır oyun oldu. Bunu gözləyirdik. Rəqibin fərdi oyun keyfiyyətləri ilə seçilən futbolçuları vardı. Buna baxmayaraq, ilk hissə çətin oldu. Hiss olunurdu ki, hər iki komanda ehtiyatlı oynadı. Ancaq ikinci hissə fərqli oldu. Futbolçularımız daha məsuliyyətli idi. Ümumən, oyun nizam-intizamından razı qalıdm. Daha çox yoruldular. Səfər matçına hazır olmaq üçün maksimum güc sərf etməliyik".

Qaynarinfo xəbər verir ki, bu sözləri UEFA Millətlər Kubokunun ilk oyundan (0:0) sonra millimizin baş məşqçisi Qurban Qurbnov deyib.

Baş mşqçi start heyətini səhv seçməsi ilə bağlı iddialrı qəbul etməyib: "Mən buna qorxaq futbol deməzdim. İlk yarıda rəqibin fərdi hazırlıqlı futbolçularının qarşısını aldıq. Niyə düşünməliyəm ki, start heyətdə səhv etdim? Hazır olanları ilk dəqiqələrdən meydana buraxdım. Bu gün futbolçuların nə qədər gücü vardı, ondan istifadə etməyə çalışdıq".

Qurbanov bildirib ki, milli komanda bundan da yaxşı oyuna qadirdir: "Mütləq qadirdi. Bunun üçün futbolçular yaxşı çempionatlarda olmalıdı. Mən qorxmuram, sadəcə, faktları deyirəm. Futbolçularımızın daha yaxşı oynamaq potensialları var. Bunu gələcəkdə görəcəyik".

"Rəqibi taktiki cəhətdən düzgün analiz etmişdik. Lakin çempionat aşağı səviyyədədirsə, ustalığı artırmaq mümkünsüzdü. Futbolçularımız sonadək aqressiv ola bildilər və rəqibdən çəkinmədilər" deyə baş məşqçi bildirib.