Xəbər lenti

Qurulmasına minlərlə manat silinən sayt niyə çökdü? – Kirayə mənzillər (EKSPERT)
Ekonomiks 11:40 22.01.2020

Qurulmasına minlərlə manat silinən sayt niyə çökdü? – Kirayə mənzillər (EKSPERT)

"Fond bu saytı qurmaq üçün minlərlə manat pul silib”.

Bunu Qaynarinfo-ya açıqlamasında istisadçı ekspert Natiq Cəfərli İpoteka və Kredit Zəmanət Fondununun səhifəsinin çökməsini şərh edərkən deyib. O, qeyd edib ki, evlərin baha qiymətə satılması bunun sosial lahiyə olmasına son qoydu:

"Biabırçılıqdır. Belə çıxır ki, fond heç bir hazırlıq görmədən, ciddi müzakirələr aparmadan bu fəaliyyətə başlayıb. Bunun da nəticəsi ortadadır. Həm qiymətlərlə, həm də şətlərlə bağlı insanlar arasında böyük narazılıq yaranıb. Şərtlər kifayət qədər ağırdır. Evlərin baha qiymətə satılması bunun sosial layihə olmasına son qoydu. Əslində öncədən bunu sosial layihə olduğu elan olunmuşdu. Ehtiyacı olan insanların, gənc və aztəminatlı ailələrin mənzil problemini yoluna qoyacaqdı. Amma  açıqlanan şərtlər göstərdi ki, bu, heç də belə deyil. Aylıq və ilkin ödənişlərin yüksək olması onun sosial layihə mahiyyətindən tamam kənarlaşdırdı. O ki qaldı infrastruktur olaraq hazır olmamalarına, bu da onu sübut edir ki, məsələyə qeyri-ciddi yanaşıblar. Əgər normal, texniki qaydalara əməl edərək öz səhifərini qura bilsəydilər, çoxsaylı müraciətlər zamanı belə texniki problem yaşanmazdı. Bəlkə də araşdırsaq, görəcəyik ki, fond bu səhifəni qurmaq üçün minlərlə manat pul silib. Amma səhifənin normal fəaliyyəti yoxdur. Əslində isə səhifə normal yığılsaydı, gün ərzində 100 minlərlə müraciət olsaydı da, saytda problem olmayacaydı. Deməli, bu işi çox ucuz bir platformada görüblər. Nə texniki, nə də sosial çəhətdən bu məsələni müzakirəyə çıxardıb, yaxşı inkişaf etdirmək üçün heç bir iş görülməyib.  İnsanlar bu layihəyə ümid bəsləyirdilər, amma sanki bir biznes layihəsi kimi təqdim olundu”.

Natiq Cəfərli qurumun mətbuat xidmətinin adının gizlədilməsinə də aydınlıq gətirib:

"Bu, dövlət qurumlarının böyük əksəriyyətində ictimaiyyətlə əlaqələrin zəif təşkil olunduğunun göstəricisidir. Dövlət qurumudursa, vətəndaşların verdiyi vergilərlə maliyyələşir və bizə hesabatı olmalıdır. Hesabat da mətbuat vasitəsi ilə olmalıdır. Mətbuatla işləməyi bacarmayan, adını gizlədən insan mətbuat xidməti kimi fəaliyyət göstərə bilməz”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->