İdman 15:31 29.12.2013

Qvardioladan Messi etirafı


“Bavariya”nın baş məşqçisi Xosep Qvardiola Dubayda keçirilən beynəlxalq idman festivalındakı çıxışında keçmiş futbolçusu Lionel Messi barədə müsbət fikirlər səsləndirib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, gənc mütəxəssis qeyd edib ki, onun “Barselona”dakı uğurlarının əsas səbəbi həmin dövrdə Lionel Messinin bir futbolçu kimi parlaması olub.

“Bu, Qvardiolanın yox, Messinin epoxası idi. Əgər gələcəkdə kimsə məndən soruşsa, deyərəm ki, müasir futbol Messinin erası olub” – deyə o bildirib.

Xatırladaq ki, Qvardiolanın rəhbərliyi altında “Barselona” klublar arası yarışlarda bütün mükafatları qazanmağı bacarıb.

Qaynar.info