Foto 10:35 06.06.2018

Qvatemalada vulkan faciəsi: 75 nəfər ölüb, 192 nəfər itkindir (FOTOLAR)

Qvatemalada bazar günü püskürən "Fueqo" vulkanı nəticəsində ölənlərin sayı 75 nəfərə çatıb.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, 192 nəfər isə hələ də itkindir. Vulkan bu günə qədər 1,7 milyon insana təsir edib, 3 mindən çox insan isə evakuasiya olunub.

Yanardağın külü 10 km-ə qədər yüksəlib, ətraf ərazilər kül altında qalıb. Son günlərdə vulkanda yeni püskürmə qeydə alınmayıb. 

Vulkan nəticəsində bu qədər çox insanın zərər görməsinə səbəb püskürmədən əvvəl heç bir xəbərdarlığın edilməməsi olub. 

Axtarış-xilasetmə tədbirləri hələ də davam etdirilir.

Gülşən