Ölkə 18:03 05.02.2019

Azərbaycan telekanallarının xarici ölkələrdə yayımı ilə bağlı sərəncam

Prezident İlham Əliyev Azərbaycanda fəaliyyət göstərən ümumölkə teleradio yayımçılarının xarici ölkələrdə yayımının təşkilinə dövlət dəstəyi verilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir k, dövlət başçısı ümumölkə teleradio yayımçılarının peyk vasitəsilə xarici ölkələrdə yayımını təşkil etmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə 2 milyon manat ayırıb.