Ölkə 19:19 23.06.2021

Rafiq Ramazanov da general oldu

Prezident İlham Əliyev Rafiq Ramazanova "general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncama əsasən, polkovnik Rafiq Sultan oğlu Ramazanova "general-mayor” ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, Rafiq Ramazanov daha əvvəllər Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəisi vəzifəsində çalışıb. O, daha sonra iş yerini Dövlət Təhlükəsizliyi Xidmətinə dəyişib.