Sənət 15:02 08.08.2016

Rafiq Tağının doğum gününə ŞEİR

5 avqust ədəbi cəsarət simvolu Rafiq Tağının doğum günü idi və artıq o, 5 ildir ki, əbədiyyətlə qol-boyundur. Unudulmaz yazarımızın ruhu şad olsun!

Bir tale ki pəncərədən daş kimi gəlsin
bir ömür ki xumar gözdən yaş kimi gəlsin
kim görüb ki belə bəxtin xoş günü gəlsin
ay ana elə bil bizə it ağız açıb

it ağzından çıxır səhər öz aramızdı
ay nə bilim xoruz banı quşların səsi
nə bilim Ay dan ulduzu hamısı sözdü
azanı da qarşılayır it hürüşməsi

it ağzından çıxan dəniz söz burda qalsın
hanı səndə o mavilik yamyaşıl yosun
dənizsənsə tufan qopar fırtınan olsun
görüm sənin göl üzünü okean yusun

Baskervillərin iti tap itən yamyamı 
Itağzıgül it ağzını açır hər gülə
inanmayanın ağlına keçə yamayım  
it qursağı yağ götürməz deyən aqilə


Haqqarar