Dünya 13:56 11.12.2018

Rahibələr oğurladıqları yarım milyonu qumar və tətilə xərclədi

ABŞ-ın Los Anceleş şəhərində məktəbdə işləyən 2 rahibə 10 il ərzində 500 min dollar oğurlayıb.

Qaynarinfo xəbər verir ki, Los Ancelesdəki Müqəddəs Ceyms Katolik məktəbində işləyən Meri Marqaret Kroypa Lana Çanq adlı rahibələr yarım milyonu oğurladıqlarını etiraf edib. Məbləğlər ianə, təhsil və digər ödənişlərdən götürülüb. Kroypa və Çanq pulları qumar və tətillərdə xərcləyib. Los Anceles Baş Yepiskopluğu ümumi yoxlama zamanı pulun yerində olmadığını öyrənib. 

Qeyd edək ki, hər iki şəxs bu ilin əvvəlində təqaüdə çıxıb. Meri Marqaret 29 il məktəb müdiri, Çan isə 20 il müəllimə kimi çalışıb. Hər iki rahibə barədə məhkəmə prosesinin başlaması gözlənilir.

Gülşən
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!