Dünya 12:20 14.10.2017

Rakka İŞİD-dən təmizlənir

Suriyada İŞİD terror təşkilatının mərkəzi kimi bilinən Rakkada əməliyyatlar yekunlaşmaq üzrədir.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, PKK terror təşkilatının Suriya qolu olan YPG əsasında yaradılmış və ABŞ-ın dəstək verdiyi Suriya Demokratik Qüvvələri Rakka əməliyyatını bitirmək üzrə olduqlarını açıqlayıb. Bu barədə YPG-nin sözçüsü Nuru Mahmud məlumat verib və Rakkanın azad edilməyə yaxın olduğunu vurğulayıb.

London mərkəzli Suriya İnsan Haqqları Təşkilatı İŞİD terrorçuları və ailələrini evakuasiya etmək üçün Rakkaya avtobusların göndərildiyini bildirib.

Qeyd edək ki, Rakkada əməliyyatlar iyun ayından bəri davam edir.

Gülşən

Qaynarinfo.Az