İdman 19:41 08.09.2018

Ramil Quliyev dünya çempionatında ikinci oldu

Türkiyə millisini təmsil edən azərbaycanlı atlet Ramil Quliyev qitələrarası dünya çempionatında 200 metr məsafəyə qaçışda ikinci yeri tutub.

Qaynarinfo olke.az-a istinadən xəbər verir ki, 28 yaşlı idmançı Çexiyanın Ostrava şəhərində təşkil olunan yarışda 20.28 saniyə ilə ikinci olub. Panamalı Alonso Edvard isə 20.19 saniyə ilə birinci yerə çıxıb.

Qeyd edək ki, Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasının (IAAF) təşkil etdiyi yarışda qitələr mübarizə aparır.