İdman 22:15 25.04.2019

Ramil Şeydayev Premyer Liqada növbəti oyununu keçirib

Rusiya Premyer Liqasında XXV turun oyunları keçirilir.

Qaynarinfo xəbər verir ki, milli komandamızın hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" bu gün "Ural"ı qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb - 1:0.

Meydana start heyətdə çıxan Ramil Şeydayev sonadək mübarizə aparıb.

Qeyd edək ki, "Krılya Sovetov" 25 turdan sonra 27 xalla 13-cü pillədə qərarlaşıb. "Ural" isə 33 xalla 10-cudu.