İdman 16:53 14.06.2019

Ramil Şeydayevin transfer qiyməti artdı

Rusiyanın "Krılya Sovetov" klubunda çıxış edən Milli komandamızın üzvü Ramil Şeydayevin transfer qiyməti artıb.

Qaynarinfo xəbər verir ki, "Transfermarkt"ın dəyərləndirməsinə görə, 23 yaşlı hücumçunun transfer dəyəri 1,2 milyon avrodu. Bundan əvvəl isə ona 1 milyon avro qiymət qoyulmuşdu.

Bununla da Ramil Şeydayev millimizin ən bahalı 5 futbolusundan biri olub. Yığmanın ən dəyərli futbolçusu "Qarabağ"da çıxış edən Riçard Almeydadı. Ona 1,6 milyon avro qiymət qoyulub. Digər "Qarabağ"lı Maksim Medvedevin 1,3 milyon avro qiyməti var. Ramillə birlikdə 3-5-ci pillələri  bölüşən "Qarabağ"lılar - Mahir EmreliBədavi Hüseynova isə 1,2 milyon avro qiymət qoyulub.