Ölkə 18:40 04.08.2015

Ramil Usubov Bakıda yeni polis bölməsi yaratdı

Bakıda yeni polis bölməsi yaradılıb.

Yeni fəaliyyətə başlayan 41-ci polis bölməsi Səbayel Rayon Polis İdarəsinin tərkibində yaradılıb. Yeni bölmənin xidməti ərazisi kimi Badamdar qəsəbəsi müəyyən edilib.

Badamdar qəsəbəsi daha əvvəl 8-ci polis bölməsinin ərazisi olub.

Qeyd edək ki, yeni yaradılmış bölməyə hələlik rəis təyin edilməyib. Rəis vəzifəsini rəisin müavini, polis polkovnik-leytenantı Kəmaləddin Həmidov icra edir.//lent.az

Qaynar.info