Ölkə 17:15 21.12.2017

Ramil Usubov iki polkovniklə bağlı əmr verdi: rəislər dəyişdirildi

Ağsu və Ucar rayonlarına yeni polis rəisləri təyin edilib. 
 
Qaynarinfo-nun APA-ya istinadən xəbərinə görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlərlə Daşkəsən rayon Polis Şöbəsinin rəisi Fəxrəddin Abbasov tutduğu vəzifədən azad edilərək Ağsu Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, Ağsu RPŞ-nin rəisi Eldar Paşayev isə tutduğu vəzifədən azad edilərək Ucar RPŞ-nin rəisi vəzifələrinə təyin ediliblər.
 
Qeyd edək ki, daxili işlər naziri Ramil Usubovun ötən gün imzaladığı müvafiq əmrlərlə Saatlı RPŞ-nin rəisi Cəbrayıl Vəliyev Salyan RPŞ-nə, Gəncə Şəhəri Kəpəz RPŞ-nin rəisi Azər Tağıyev isə Saatlı RPŞ-nə rəis təyin olunub.