Ramiz Əzizbəylinin səhhəti ilə bağlı son xəbər

Ramiz Əzizbəylinin səhhəti ilə bağlı son xəbər

Bir müddət öncə əməliyyat olunan xalq artisti Ramiz Əzizbəyli səhhətindən danışıb.

Lent.az-a açıqlama verən R.Əzizbəyli hazırda özünü yaxşı hiss etmədiyini deyib: 

"Bildiyiniz kimi, əməliyyat olunmuşam. İndi də həkimlər gedib-gəlirlər. Mənimlə maraqlanırlar. Amma ağrılarım var. Ağrıdığım üçün telefonlara da çox cavab verə bilmirəm. Jurnalistlər məni yığır, suallar verirlər, onların suallarına da cavab vermirəm”.

Qeyd edək ki, xalq artistinin ayağında qanqrenə yarandığı üçün dekabrın 27-də ayaq barmağı amputasiya olunub.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR