Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin daha bir villası üzə çıxıb.
Qaynarinfo xəbər verir ki, akademikin bu villası Qusarın Çiləgir kəndində, Qusar-Laza yolunun kənarında yerləşir. Blogger Həbib Müntəzir yazır ki, meşənin içinə qədər uzanan 40 sotluq ərazidə tikilən malikanə 3 mərtəbəlidir.
"Fotoları Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva sosial şəbəkə hesabında paylaşıb. Qeyd edim ki, tikili 2004-cü ildən sonra tikilib. Həmçinin eyni kənddə Ramiz Mehdiyevin özünün də ayrıca hovuzlu böyük villası var”, - deyə blogger bildirib.
Bundan əvvəl blogger Ramiz Mehdiyevin Novxanıda 155 hektar ərazidə dəbdəbəli villasının olduğu barədə məlumat yaymışdı.
Şərhlər