Maqazin 17:41 23.08.2020

Ramiz Mehdiyevin nəvəsinin toyunda oxuyan tanınmış müğənni də cərimələnib (FOTO)

Prezident Aparatının keçmiş rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edənlər arasında Azad Şabanov da olub.

Qaynarinfo xəbər verir ki, müğənni buna görə 400 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib. Nəticədə Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Hər iki şəxs 15 sutka müddətinə inzibati qaydada həbs olunub.