Dünya 10:26 16.01.2020

Ramzan Kadırov müalicəyə getdi

Ramzan Kadırov müalicəyə getdiyi üçün səlahiyyətlərini müvəqqəti olaraq respublika hökumətinin başçısı Müslüm Xuçiyevə tapşırıb. 

Qaynarinfo xəbər verir ki, bu haqda Çeçenistan rəhbərinin mətbuat katibi Alvi Kərimov məlumat verib. 

Kərimov Kadırovun qərarında qeyri-adi bir şey olmadığını vurğulayıb:

"Çeçenistan Konstitusiyasında belə bir maddə mövcuddur. Oxşar müddəalar Rusiyanın digər bölgələrinin qanunlarında da var”.

Alpər