Dünya 12:42 21.12.2017

Ramzan Kadırovun da adı ABŞ-ın Maqnitski siyahısına salındı

ABŞ Maliyyə Nazirliyi Çeçeistan prezidenti Ramzan Kadırov da daxil olmaqla 5 Rusiya vətəndaşının adını Maqnitski siyahısına daxil edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyin rəsmi saytında dərc olunan siyahıda həmçinin Ayub Katayev, Yuliya Mayorova, Andrey Pavlov ve Aleksey Şeşeninin də adı var.

Qeyd edək ki, 14 dekabr 2012-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilmiş qanun, insan hüquqlarının pozulmasında günahkar olan şəxslərə tətbiq edilir və siyahıya daxil edilən şəxslərə qarşı maliyyə və viza qadağaları qoyulur.