Ölkə 10:46 06.08.2017

Rauf Arifoğluya ağır itki üz verdi

"Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna ağır itki üz verib.

"Qaynarinfo" xəbər verir ki, jurnalistin atası Arif Abbasov bu gün səhər saatlarında dünyasını dəyişib. A. Abbasov Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində son mənzilə yola salınacaq. 

Qeyd edək ki, A. Abbasov 1940-cı ildə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. O, uzun illər müəllim kimi fəaliyyət göstərib. 

Allah rəhmət eləsin!

Qaynarinfo.Az