Siyasət 16:29 27.05.2014

“Rauf Mirqədirovla iki dəfə görüşmüşəm“ - Ramin Hacılı

“Məni Rauf Mirqədirovun həbsi ilə bağlı şahid qismində ifadə verməyə dəvət etmişdilər”.

Bunu Aktual.az-a Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı bu gün Respublika Prokurorluğu Ağır Cinayətlərə Dair İstintaqa verdiyi ifadədən danışarkən deyib. 

Ramin Hacılı istintaqa Rauf Mirqədirovla cəmi iki dəfə görüşdüyünü deyib: “Biz onunla 2006-cı ildə knnfrans çərçivəsində görüşmüşük. Mən həyatım boyu cəmi iki dəfə Rauf Mirqədirovla rastlaşmışam. Bundan başqa mən onunla heç vaxt görüşməmişəm”. 

Onun sözlərinə görə, istintaq idarəsində Ermənistana səfərləri ilə bağlı sorğu-sual edilib: “Məndən Ermənistana səfər zamanı xarici pasportumun üzərində vizanın olmamasının səbəbini soruşdular. Mən də dedim ki, Beynəlxalq Avropa Hərəkatı Ermənistana müraciəti əsasında mən ora getmişəm. Ona görə də pasportun üzərində viza yoxdur”.

Qaynar.info