İdman 18:33 21.08.2013

Raul "Real"a qayıdır

İspaniyanın Real Madrid klubunun əfsanəvi futbolçularından biri olan Raul Qonzales "Real Madrid"in formasında çıxış edəcək. 

Anspress-in "Real Madrid" klubunun rəsmi saytına istinadə verdiyi xəbərə görə, avqustun 23-də Santyaqo-Bernabeuda Qətərin “ Əl-Sədd” klubu ilə Madridin “Real” klubu Bakı vaxtı ilə 23:30-da üz-üzə gələcək. Xəbərə görə, bu matçda Raul hər iki komandanın heyətində çıxış edəcək (1-ci hissədə “Əl-Sədd”, 2-ci hissədə isə "Real Madrid"). 

Qaynar.info