Xəbər lenti

Rayon avtobuslarında gediş haqqı artırılacaq? - Açıqlama
Ölkə 20:17 07.06.2018

Rayon avtobuslarında gediş haqqı artırılacaq? - Açıqlama

Azərbaycanda şəhərlərarası sərnişindaşıma ilə bağlı tariflərdə hər hansı dəyişiklik gözlənilmir. 

Qaynarinfo Azvision.az-a istinadən xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

O, sərnişin daşıma zamanı alınan biletlə sürücülərin sərnişinlərdən istədikləri məbləğ arasındakı fərqin olması məsələsinə də aydınlıq gətirib. 

"Bu, individual yanaşmadır. Daşıyıcı özü səhlənkarlıq edərək belə addım atırsa, bunu hamısına şamil etmək düzgün deyil. Sözügedən problemə fərdi şəkildə baxılmalıdır”.

E.Vəlizadə həmçinin qeyd edib ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən hazırlanan proqramda regionlara sərnişin daşınmasında istifadə edilən avtobusların dəyişdirilməsi və daha da yaxşılaşdırılması nəzərdə tutulub. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->