İdman 13:38 04.05.2019

"Real" 6 transferə 540 milyon büdcə ayırdı (FOTO)

Çempionlar Liqasında və La Liqada uğursuz çıxış edən "Real" transfer çalışmalarını sürətləndirib.

Qaynarinfo AS nəşrinə istinadən xəbər verir ki, "Kral Klubu" yeni futbolçuların heyətə qatılması üçün 540 milyon avro ayırıb.

Bu vəsait "Mançester Yunayted"dən Paul Poqba, "Çelsi"dən Eden Hazard, "Tottenhem"dən Kristian Eriksen, "Lion"dan Tonquy Ndombele, "Ayntraxt"dan Luka Yoviç və "Portu"dan Eder Militaonun transferinə sərf olunacaq.

Bu məbləğin 50 milyon avrosu "Portu"dan transfer olunan və yayda komandaya qoşulacaq Eder Militao üçün ödəniləcək.

"Real" Poqbaya görə "Mançester Yunayted"ə 150 milyon avro verəcək. Hazard üçün 112, Eriksen üçün 85, Tonquy Ndombele üçün 80, Yoviç üçün isə 60 milyon avro xərcləyəcək.