İdman 15:41 14.06.2019

"Real" "Barselona"nın yetirməsini transfer etdi

"Real" heyətinə daha bir futbolçu qatıb.

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi Yaponiyanın U-18 yığmasının hücumçusu Takefuso Kubo ilə müqavilə imzalayıb. Gənc futbolçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb. "Yapon Messi" adlandırılan Kubo hələlik "Real"ın ikinci komandası olan "Kastilyo"da forma geyinəcək.

Qeyd edək ki, "Barselona"nın yetirməsidi. O, 2015-ci ildə Kataloniyadan "Tokio"ya transfer olunub. 18 yaşı futbolçu son mövsümdə komandanın əsas heyətində 16 oyun keçirirək 5 qol vurub və 4 məhsuldar ötürmə edib.