Siyasət 19:19 28.05.2014

REAL partiyasının təşəbbüs qrupunun təsis konfransı keçirilib

Mayın 28-də REAL partiyasının təşəbbüs qrupunun təsis konfransı keçirilib.

REAL-ın İdarə Heyətinin üzvü Erkin Qədirli partiya proqramı haqqında çıxış edib, partiya proqramının layihəsi barədə məlumat verib.

Proqram layihəsində REAL-ın hüquqi hakimiyyət bölgüləri, silahlı qüvvələrin təşkili, insanların həyat və təhsil səviyyəsini yüksəltmək yolları, iqtisadi siyasətlə bağlı prinsipləri öz əksini tapıb.

Təşkilat üzvü Natiq Cəfərli deyib ki, REAL gələn il mayın 28-də təsis qurultayı keçirmək niyyətindədir. Bu müddət ərzində isə toplantılar keçirərək partiyanın məqsəd və məramı barədə təbliğat aparılacaq.

Təşkilatın sədri İlqar Məmmədov «İsmayıllı hadisələri»nə görə 7 il azadlıqdan məhrum olunub. Beynəlxalq və yerli insan hüquqları təşkilatları onu «vicdan məhbusu» kimi tanıyıb.

Qaynar.info