Video 09:52 15.03.2018

"Real" TV fəaliyyətə başladı - CANLI YAYIM

"Real” TV fəaliyyətə başlayıb. 

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, "Real” TV-nin "Azerspace”də yayım tezliyi 11135, polarization, horizontal və symbol rate 27500-dir.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) martın 5-də keçirilən iclasının qərarına əsasən, "Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.
 
MMC-nin xəbər kanalı "Real” TV adlanır. MMC-nin baş direktoru tanınmış telejurnalist Mirşahin Ağayevdir.

Qeyd edək ki, telekanalın rəsmi saytı - tvreal.az da fəaliyyətə başlayıb.