İdman 14:15 22.03.2018

"Real" ulduz futbolçusunu 130 milyona satdı (İDDİA)

"Real" Qaret Beyli Çinə satmaq qərarına gəlib.

Qaynarinfo xəbər verir ki, Madrid klubunun Asiya ölkəsindən uelsli ulduz üçün aldığı 130 milyon avroluq təklif qəbul etdiyi iddia olunur. 

Hələlik Beylin Çinə getməklə bağlı yekun qərarını vermədiyi bildirilir. Amma asiyalıların təklif etdiyi yüksək məbləğli müqavilə onun razılığa gəlməsinə səbəb ola bilər.

Qeyd edək ki, "Real" Beyli "Tottenhem"dən 101 milyon avroya almışdı.