Zinəddin Zidan "Real"a qayıdıb.
Qaynarinfo xəbər verir ki, bu barədə az öncə Madrid klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Zidanla 2022-ci ilin 30 iyununadək müqavilə imzalanıb.
Qeyd edək ki, Zidan 2016-2018-ci illərdə "Real"a başçılıq edib. Komanda onun rəhbərliyi altında 3 dəfə Çempionlar Liqasını, 2 dəfə UEFA Super Kubokunu və klublararası dünya çempionluğunu, 1 dəfə La Liqanı və İspaniya Super Kubokunu qazanıb.
Şərhlər