İdman 22:10 16.03.2019

"Real"dan 82 milyonlqu rəsmi təklif

"Real" Eden Hazard üçün "Çelsi"yə rəsmi təkliflə müraciət ünvanlayıb.

Qaynarinfo "The Sun"a istinadən xəbər verir ki, "Kral Klubu" belçikalı ulduza görə ingilislərə 70 milyon funt-sterlinq (82 milyon avro) təklif edib. 

Düzdü, iki dönəm transfer qadağası alan "Çelsi" Hazardı komandada saxlamaq istəyir. Amma belçikalı özü "Real"a getmək niyyətindədi. Premyer Liqa klubu təklifi rədd etsə, "Real" məbləği artıracaq.