İdman 19:41 05.11.2013

“Real”dan Messiyə 250 milyonluq təklif


"Barselona"nın futbolçusu Lionel Messi haqda maraqlı iddia ortaya atılıb.

Qol.Az-ın məlumatına görə, bir neçə həftə öncə yayılan xəbərlərdə argentinalı hücumçu üçün yay transferi pəncərəsində "Çelsi" və "Bavariya"nın 250 milyon avroluq təklif etdiyi bildirilmişdi.

Ancaq bu gün İspaniya mətbuatı Messi üçün "Bavariya"nın deyil, "Real"ın (Madrid) 250 milyon avroluq təklif göndərdiyini iddia edib. Messi isə həm Madrid klubunun, həm də "Çelsi"nin təklifi rədd edib.

Qeyd edək ki, Kral klubunun prezidenti Florentino Perez ötən mövsümün sonu verdiyi açıqlamasında Messinin "Real"a transferinin mümkün olduğunu bildirmişdi.

Qaynar.info