İdman 11:49 18.01.2022

"Real"ın muzeyindəki kubokların sayı açıqlandı

İspaniya Superkubokunun finalında "Atletik Bilbao"nu 2:0 hesabı ilə məğlub edən "Real" muzeyinə daha bir kubok apardı.
 
Qaynarinfo xəbər verir ki, "Real"a kuboku gətirən qollara Modriç və Benzema imza atdı. "AS" qəzetində yer alan xəbərə görə, "Real" yenilənmiş "Santyaqo Bernabeu" ilə yanaşı muzeyini də genişləndirmək niyyətindədir. Klub rəhbərliyi artıq bu layihə ilə bağlı müzakirələrə hazırlaşır.

Hazırda "Real"ın muzeyində 79 kubok yer alıb. Onlardan 13-ü Avropa Kuboku, 7-si Klublararası Dünya Çempionatının, 4-ü Avropa Super Kuboku, 2-si UEFA Kuboku, 34-ü La Liqa, 19-u "Kral Kuboku"dur.
 
Səbuhi Həsənov