İdman 14:38 21.10.2018

"Real"ın tranfserdəki bir nömrəli hədəfi

La Liqada ardıcıl 5 turda qələbəyə həsrət qalan "Real" Kriştiano Ronaldonun gedişindən sonra ağır günlər yaşayır.

Qayanrinfo xəbər verir ki, mövsümün əvvəlində portuqaliyalı ulduzun boşluğunu doldura bilməyən "Kral Klubu" bu problemi aradan qaldırmaq üçün hərəkətə keçib.

"El Confidencial"ın xəbərinə görə, klub prezidenti Florentino Peres gələn yay nəyin bahasına olursa-olsun, PSJ-dən Neymarı transfer etmək niyyətindədi. Bu səbəbdən Peres artıq danışıqlar prosesinə start verib.