Ölkə 20:39 15.08.2020

Reanimasiyada neçə koronaviruslu xəstə yatır?

Azərbaycanda koronavirusa yoluxmuş xəstələrdən reanimasiya olanların sayı 192 nəfərdir.

Qaynarinfo xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib. Qeyd olunub ki, xəstələrdən 34 nəfəri süni nəfəs cihazına qoşulub.

Qeyd edək ki, bugünədək Azərbaycanda 34 107 nəfər COVID-19-a yoluxub, onlardan 31 697-si sağalıb, 506 nəfəri isə ölüb.