"Güman edirəm ki, yaxın vaxtlarda ölkədə referendum keçiriləcək. Konstitusiyada Milli Məclislə bağlı seçkilərin keçirilməsi noyabrında təsbit olunmuşdu. Biz artıq fevralda növbədənkənar seçkiləri keçirdik. Bu məntiqdən çıxış edərək düşünürəm ki, Azərbaycanda bir müddət sonra referendum keçirilə bilər”.
Qaynarinfo xəbər verir ki, bunu BakuPost-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib.
O bildirib ki, konstitusiyada mühüm əhəmiyyət kəsb edən, ölkə prezidentin ortaya qoyduğu siyasi iradənin və islahatların mahiyyəti olaraq bəzi dəyişikliklər ola bilər: "Konstitusiyada mühüm əhəmiyyət kəsb edən, bu gün ölkə prezidentinin ortaya qoymuş olduğu siyasi iradənin və islahatların mahiyyətinə uyğun olaraq dəyişikliklərin olacağını gözləyirəm. Təbii ki, bu mənim gümanımdır”.
Xatırladaq ki, ötən gün F.Ağamalı referendum keçirilməsi ilə bağlı Pravda.az saytına açıqlama verib. O qeyd edib ki, hazırda müzakirə parlament seçkilərinin qarışıq sistem əsasında keçirilməsi ilə bağlıdır: "Yəni mojaritar və proporsional seçki sistemi birlikdə tətbiq ediləcək. Bu ideyanın ardıcıl tərəfdarlarından biri də mənəm. Bu, partiyaların siyasi sistemdə yerini və rolunu gücləndirə bilər. Seçkidən sonra hər bir partiya biləcək ki, cəmiyyətdəki gücü nədən ibarətdir”.
Şərhlər