Ölkə 21:59 07.09.2017

Rəhbərlikdə təmsil olunan 5 şəxs İTV-dən çıxarıldı

Lamiyə Ələkbərqızına İctimai Televiziyada yeni vəzifə verilməsi barədə heç bir məlumatım yoxdur.

Bu sözləri Kult.az-a açıqlamasında İctimai Televiziyanın mətbuat katibi Akif Cabbarlı söyləyib. O, məzuniyyətdə olduğu üçün bu barədə xəbəri təsdiq və ya təkzib edə bilməyəcəyini bildirib.

Qeyd edək ki, Lider TV-nin direktor müavini vəzifəsində çalışan və bu yaxınlarda öz istəyi ilə işdən ayrıldığı bildirilən Lamiyə Ələkbərqızına yeni vəzifə verilməsi barədə informasiya yayılıb. Primtaym.az aparıcının İctimai Televiziyada (İTV) Musiqi-Əyləncə və Xüsusi Layihələr Departamentinin rəhbəri vəzifəsinə təyin edildiyi yazıb.

Axar.az-a daxil olan məlumata görə isə İctimai Televiziyanın Musiqi-Əyləncə və Xüsusi Layihələr Departamentinin rəhbəri, mətbuat katibi (Akif Cabbarlı), mühafizə xidmətinin rəhbəri və daha iki departament müavini daxil olmaqla, bu gün 5 nəfər işdən azad edilib.

Axar.az-a daxil olan məlumata görə, sabah İştimai Televiziya və Radio Yayımları Şurasının iclasından sonra mediaya bu haqda açıqlama veriləcək.

Qaynarinfo.Az